Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da COVID-19 vaksinlərini qarışdırmağa icazə verildi

ABŞ-da COVID-19 vaksinlərini qarışdırmağa icazə verildi

Tarix: 24 Yanvar 2021 13:32

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) vaksinasiya ilə bağlı tövsiyələrini dəyişdirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yeni təlimatlara əsasən, müstəsna hallarda xəstələr üçün ABŞ tərəfindən təsdiqlənmiş COVID-19 preparatının iki dozasından birini başqa koronavirus peyvəndi ilə əvəz etmək olar.

Bununla belə, Mərkəz peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi və effektivliyi məsələsinin araşdırılmadığını vurğulayıb.

Bundan əlavə, peyvənd dozaları arasındakı müddətin altı həftəyə qədər uzadılmasının mümkünlüyü bildirilib.

CDC-dən bildirilib ki, bu addımda məqsəd insanlara fərqli bir şey təklif etmək deyil, müstəsna hallarda həkimlərə rahatlıq təmin etməkdir.

Qeyd edək ki, Mərkəz bundan əvvəl vaksinləri qarışdırmağın düzgün olmadığını bildirmişdi.


Etiketlər:  ABŞ COVID vaksinlərini qarışdırmağa icazə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ