Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 13:20
Tacikistan prezidenti İmaməli Rəhman ölkəsinin koronavirusa qalib gəldiyini söyləyib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, İmaməli Rəhman bu barədə parlamentdəki çıxışında danışıb. O, Tacikistanda bir müddətdir ki, COVID-19-a yoluxma hallarının müşahidə olunmadığını və faktların qeydə alınmadığını bildirib.
"Tacikistan koronavirusa tam qalib gəlib. Artıq bunu deyə bilərik", - Tacikistan prezidenti bəyan edib.
Qeyd edək ki, rəsmi statistikada artıq iki həftədir bu Mərkəzi Asiya ölkəsində koronavirusa yoluxma sayı 0 olaraq göstərilir. Ekspertlər buna skeptik yanaşır və hesab edirlər ki, sadəcə yoluxmalar rəsmiləşdirilmir.