Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanın şərtlərini qəbul etdi

ABŞ Rusiyanın şərtlərini qəbul etdi

Tarix: 27 Yanvar 2021 13:42

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə Strateji Hücum Silahları haqda müqavilənin (SNV-3) uzadılması üçün ABŞ-la danışıqlar aparmağı tapşırıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə prezidentin sərəncamı hüquq-informasiya portalında yayımlanıb.

Rusiya prezidenti Vladimir Putin dünən amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb. Prezidentlər SNV-3-ün müddətinin uzadılması barədə razılığa gəliblər. Bundan sonra Putin müqavilənin uzadılması haqqında sazişi ratifikasiya üçün Federasiya Şurasına göndərib. Layihəyə artıq bu gün baxıla bilər. Rusiya parlamentində prezidentin təşəbbüsünü deputat və senatorlara Rusiya XİN başçısının müavini Sergey Ryabkov təqdim edəcək.

S. Ryabkov Rusiya və ABŞ-ın Strateji Hücum Silahları haqqında müqavilənin uzadılması haqqında qərarı Moskvanın şərtləri əsasında qəbul etdiyini açıqlayıb.

"Bizim şərtlərlə: ilkin şərt irəli sürülmədən, hansısa əlavələr olmadan 5 il müddətinə", - deyə Rusiya XİN başçısının müavini bildirib.


Etiketlər:  ABŞ Rusiyanın şərtlərini qəbul etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ