Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 06:32
Bakı. Trend:
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, əvvəlcə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.
Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin