Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 19:40
Kamerunda yanacaq yüklü yük maşını ilə avtobusun toqquşması nəticəsində 53 nəfər ölüb, 29 nəfər yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində yük maşınında alovlanan yanacaq daha sonra avtobusun üzərinə tökülüb. Hər iki nəqliyyat vasitəsinin alovlanması nəticəsində 53 nəfər həyatını itirib, 29 nəfər ciddi yanıq xəsarətləri alıb. Ölü sayının artacağı ehtimal olunur.
Hadisə yerində araşdırma aparılır.