Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 20:32
Almaniyada yerləşən Wingcopter şirkəti istehsal etdiyi pilotsuz təyyarə layihəsinə 22 milyon dollar sərmayə alıb.
2017-ci ildə qurulan Wingcopter patentləşdirilmiş texnologiyası ilə çatdırılma dronları istehsal edir. Sözügedən texnologiya pilotsuz uçuş aparatlarının şaquli olaraq qalxmasına və enməsinə imkan verir.
Wingcopter Tanzaniya və İrlandiyada vaksinlərin paylanılmasında aktiv şəkildə istifadə olunur. Paylaşılan məlumata görə saatda 160 km sürətlə hərəkət edə bilən Wingcopter təxminən 6 kq yük qaldırma qabiliyyətinə sahibdir.