Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 21:32
İnsanabənzər robot Sophia kimi bir çox robotun yaradıcısı Hanson Robotics 2021-ci ilin yarısına qədər minlərlə robot istehsal edəcəklərini və bu robotların xəstəxanalardan hava limanlarına qədər bir çox fərqli sektorda istifadə ediləcəyini açıqlayıb. COVID-19 epidemiyasının yayılması ilə süni zəkaya və xüsusilə robotlara ehtiyac artmağa başlayıb. Sofiyanın yaradıcısı David Hanson robotların hava limanları kimi sahələr də daxil olmaqla bir çox sahədə müştəriləri birləşdirə və kömək edə biləcəyinə inanır. Minlərlə sosial robot insanlarla sıx təmasda olacaq.
Honq Konqda istehsal olunduğu laboratoriyada açıqlama verən Sophia üstün süni zəkası sayəsində bu sözləri söyləyib: "Mənim kimi sosial robotlar xəstələrə və ya yaşlılara baxa bilər. Çətin vəziyyətlərdə belə ünsiyyətdə kömək edə bilərəm, terapiya apara və sosial stimullaşdırma təmin edə bilərəm."
Hanson Robotics epidemiyaya qarşı mübarizə aparan robot istehsal edən ilk şirkət deyil. Son aylarda SoftBanks Robotics adlı bir şirkət maskalı olmayan insanları aşkar edə bilən Pepper adlı robotdan istifadə etməyə başlayıb.