Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 11:00
Bakı. Elçin Mehdiyev - Trend:
2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcək. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli bildirib ki, proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Kommersiya Bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlığın davam etdiriləcək.
Onun sözlərinə görə, 2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığının nəzərdə tutulur.