Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Sərhəd Xidməti məhkəməyə verildi

Dövlət Sərhəd Xidməti məhkəməyə verildi

Tarix: 30 Yanvar 2021 14:14

Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Palladium Defense and Security Solutions" MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb.

Şirkət göstərilən xidmətlə bağlı imzalanan müqavilədə DSX-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.

Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.


Etiketlər:  Dövlət Sərhəd Xidməti məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ