Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 19:50
Norveç hökuməti pandemiya ilə mübarizənin üç mümkün ssenarisini təqdim edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ssenarilər gələcəkdə pandemiya və infeksiyaya qarşı mübarizədə ayrı-ayrılıqda götürülmüş hallarda görüləcək tədbirləri nəzərdə tutur.
Ssenarilərə "nikbin", "güzəştli" və "bədbin" adları verilib.
Norveçin səhiyyə və tibbi xidmət naziri Bent Hoye deyib: "Biz infeksion vəziyyətin 2021-ci ildə necə inkişaf edəcəyini bilmirik. Buna görə də hökumət pandemiyanın üç müxtəlif ssenarisini nəzərdən keçirib. Gələcək idarəetmə strategiyasının əsasını təşkil edəcək bu ssenarilər pandemiyanın, infeksion nəzarət tədbirlərinin və Norveç iqtisadiyyatının necə inkişaf edəcəyinə münasibətdə qeyri-müəyyənlikləri nəzərdə tutur".
Hökumətdə qeyd ediblər ki, məqsəd infeksiyanın yayılması üzərində daimi nəzarətlə bağlı sərt tədbirlər arasında tarazlığı təmin etməkdir.
Krallıq hökumətinin məlumatında deyilir: "Biz bir çox ölkələrlə müqayisədə Norveçdə yoluxmanın səviyyəsini azaltmağa nail ola bildik. Lakin koronavirusun yeni mutasiyaya uğramış ştammlarının əmələ gəlməsi və yayılma ehtimalı yaxın gələcəkdə böyük qeyri-müəyyənlik törədəcək. Ölkənin regionları üzrə yoluxma səviyyəsində əvvəlki kimi əhəmiyyətli fərqlər mövcuddur ki, bunlar gələcəkdə də gözləniləndir".
Norveçin hakimiyyət orqanları təsdiqləyiblər ki, infeksiyaya nəzarət üzrə görülən tədbirlər əhalidə virusa qarşı immunitet yarananadək qüvvədə qalacaq.