Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 09:18
Sloveniyanın Milli Kimya İnstitutunun mütəxəssisləri kornavirusa qarşı peyvəndləməni oxşar effektli spreyi vasitəsilə vurmağı planlaşdırır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, institut nümayəndəsi Roman Yeral bildirib ki, bu texnologiya elmi və texniki baxımdan maraqlıdır: "Ehtimal ki, yaradılması planlaşdırılan sprey digər viruslar üçün də istifadə ediləcək. Sprey peyvəndə bənzər təsir göstərəcək. Eyni zamanda, bu vasitə peyvəndləm zamanı inyeksiyadan qorxan insanlar üçün də münasibdir. Sadəcə, buruna daxil edilir".
Yeralın rəhbərlik etdiyi qrup dərmanın nümunələrini gəmiricilər üzərində uğurla sınaqdan keçirib. Lakin Sloveniyalı bioloqlar insanlar üzərində klinik tədqiqatları maliyyə çətinliyi üzündən həyata keçirə bilməyiblər.