Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 10:06
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə və hərbi hərəkətlərə nəzarəti yerinə yetirir.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, rus hərbçiləri atəşkəsə nəzarəti "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək yerinə yetirir.
"Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır. Burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır".
Qeyd edilib ki, Birgə Mərkəzin növbətçiləri razılaşmaların yerinə yetirilməməsi ilə bağlı istənilən məsələlərə və ya problemlərə dair şikayətlərə baxır.