Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz UEFA reytinqində irəlilədi

Millimiz UEFA reytinqində irəlilədi

Tarix: 4 Fevral 2021 13:04

Futzal millimizin Avro-2022-nin seçmə mərhələsindəki uğurlu çıxışı UEFA reytinqindəki mövqeyimizə təsir edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dekabr ayı ilə müqayisədə millimiz 28.042 bal toplayaraq 6-cı pillədən 5-ci pilləyə yüksəlib. Komandanın 2018.78 xalı var.

Millimizin seçmə mərhələsindəki rəqiblərindən  Slovakiya 19-cu, Moldova 23-cü, Yunanıstan 39-cudur.

Qeyd edək ki, reytinqə  İspaniya (2229.843) başçılıq edir. Rusiya (2115.118) 2-ci, Portuqaliya (2098.246) 3-cüdür.

Milli.Az


Etiketlər:  Millimiz UEFA reytinqində irəlilədi


RƏYLƏR