Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' 25 futbolçu sifariş etdi - Çempionlar Liqası

''Qarabağ'' 25 futbolçu sifariş etdi - Çempionlar Liqası

Tarix: 20 Iyul 2019 14:56

“Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la (İrlandiya) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Qurban Qurbanov 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu olmaqla 25 futbolçu sifariş edib. Onların arasında yeni trandsferlər Rerrars Faysal və Maqaye Qeye də var:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər:  Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov

Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye


Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

 


Etiketlər:  Qarabağ futbolçu sifariş etdi Çempionlar Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ