Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyanın Baş Naziri Baydeni ölkəsinə dəvət edib

Avstraliyanın Baş Naziri Baydeni ölkəsinə dəvət edib

Tarix: 4 Fevral 2021 21:16

Avstraliyanın Baş Naziri Prezident Co Baydeni sentyabr ayında iki lider arasında cümə axşamı edilən 'çox isti və hərtərəfli' telefon danışığı zamanı ölkəsinə ziyarətə dəvət etdiyini deyib.

"O, Avstraliya-ABŞ münasibətlərində bölgəmizdə sülh və təhlükəsizliyi təmin edəcək rəmz olduğunu görür. Və bu doğrudur. Bu fikirlə razıyıq. Avstraliya ilə ABŞ arasındakı münasibətlər baxımından orada düzəldiləcək bir şey yox, yalnız qurulacaq şeylər var" - deyə, Baş Nazir Skot Morrison bildirib.

Ağ Ev daha sonra Baydenin Avstraliyanı "Hind-Sakit okeanı və dünyada" sabitlik rəmzi kimi xarakterizə etdiyini bildirib.

"Başqa müttəfiq və tərəfdaşlarla birlikdə Birmadakı çevrilişə cavabdeh olanları məsuliyyətə cəlb etmək üçün birlikdə çalışmağa razı olublar" - deyə, Myanmar kimi də tanınan ölkəyə toxunan Ağ Ev açıqlamasında qeyd olunub.

"Liderlər ortaq dəyərlərimizi, qlobal təhlükəsizliyimizi və rifahımızı inkişaf etdirmək üçün birlikdə çalışmağa sadiq olduqlarını təsdiqlədi" - deyə, sənəddə bildirilib.

Morrison Baydeni bir vaxtlar Yeni Zelandiyanı əhatə edən və 1 sentyabr 1950-ci ildə imzalanan müdafiə müqaviləsi olan ANZUS Anlaşmasının 70-ci ildönümü münasibətilə Avstraliyanı ziyarət etməyə dəvət edib.

Morrison Baydenin dəvətə müsbət reaksiya verdiyini deyib.

"O, mənə Avstraliyaya getmək üçün xüsusi bir səbəbə ehtiyac olmadığını və bu yeri çox sevdiyini bildirdi. "Ancaq onlar (Bayden və birinci xanım Cill Bayden) hansısa vaxtda Avstraliyada olmaq istərdilər və bunun necə olacağını görərik" - deyə, Morisson qeyd edib.


Etiketlər:  Avstraliyanın Baş Naziri Baydeni ölkəsinə dəvət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ