Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peruda koronavirusun Braziliya ştammı aşkarlandı

Peruda koronavirusun Braziliya ştammı aşkarlandı

Tarix: 5 Fevral 2021 05:40

Bakı. Trend:

Braziliyada yaxın zamanlarda qeydə alınan yeni koronavirus ştammına yoluxmanın ilk halları Peruda aşkarlanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Pilar Massetti Soler bildirib.

"Koronavirusun Braziliya ştammı Lima, Loreto və Uanuko bölgələrində də qeydə alınıb", - nazir deyib.

Xatırladaq ki, Braziliyada koronavirusun bu mutasiya etmiş növü ötən il dekabr ayının sonunda məlum olub, Rio-de-Janeyro ştatında yarandığı ehtimal olunur.


Etiketlər:  Peruda koronavirusun Braziliya ştammı aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ