Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya Pfizer peyvəndinin ölkədə istifadəsini 15 fevralda təsdiqləmək niyyətindədir

Yaponiya Pfizer peyvəndinin ölkədə istifadəsini 15 fevralda təsdiqləmək niyyətindədir

Tarix: 5 Fevral 2021 07:32

Bakı. Trend:

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 15 fevralda "Pfizer" amerikan dərman şirkətinin peyvəndinin istifadəsini təsdiqləməyi planlaşdırır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təsdiq edildiyi təqdirdə "Pfizer" Yaponiyada istifadə üçün təsdiqlənən ilk vaksin olacaq. 12 fevralda nazirlikdə peyvəndin istifadəsi ilə bağlı ilkin iclasın keçirilməsi gözlənilir.

Yaponiyada peyvəndləmə bir neçə mərhələdə həyata keçiriləcək. İlkin olaraq proses ən çox yoluxanlarla əlaqədə olan 4 milyon tibb və sosial işçini əhatə edəcək.

İkinci mərhələdə 65 yaşdan yuxarı təxminən 36 milyon insan aşılanacaq. Daha sonra xroniki xəstəlikləri olan 8,2 milyon yapon sakini və may ayına qədər ölkədə yaşayan digər kateqoriyalı insanlar peyvəndlənə biləcəklər.


Etiketlər:  Yaponiya Pfizer peyvəndinin ölkədə istifadəsini fevralda təsdiqləmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ