Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər xəstəyə üz və əllər köçürüblər - ŞOK ƏMƏLİYYAT

Həkimlər xəstəyə üz və əllər köçürüblər - ŞOK ƏMƏLİYYAT

Tarix: 5 Fevral 2021 15:48

Amerikalı cərrahlar ilk dəfə bir insanın üzünü və hər iki əlini uğurla köçürüblər.

Milli.Az sia.az-a istinadən bildirir ki, amerikalı cərrahlar dünyada ilk dəfə bir avtomobil qəzasında yanıq xəsarətləri alan xəstə üzərində, eyni zamanda üzün və hər iki əlin köçürülməsi kimi uğurlu bir əməliyyat həyata keçiriblər.
Nəşrin yazdığına görə, 2018-ci ildə Nyu-Cersi sakini Co Dimeo gecə növbəsindən evə qayıdarkən, onun sükan arxasında yuxuya getməsi səbəbi ilə avtomobili hasara çırpılıb, sonra yuvarlanaraq alovlanıb, nəticədə kişinin bədəninin yüzdə 80-i yanıq xəsarəti alıb.

Qəzadan sonra Dimeo dörd ay xəstəxanada yatıb və 20 dəfə əməliyyat edilib. Buna baxmayaraq o, barmaqlarını, göz qapaqlarını itirib, üzündə və boynunda hərəkət etməsinə mane olan izlər qalıb. 2019-cu ildə həkimlər ölmüş bir donordan üz və əl köçürmək qərarına gəliblər. 23 saat davam edən əməliyyat zamanı xəstəyə saç xəttindən boynuna, ziqomatik tağların hissələrinə, burun sümüklərinı və alt çənəyə qədər bütün dəri və qığırdaqlar köçürülüb.

Milli.Az


Etiketlər:  Həkimlər xəstəyə əllər köçürüblər ŞOK ƏMƏLİYYAT


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR