Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 18:00
Bu gün Çempionlar Kuboku beynəlxalq turnirində daha bir oyun keçirilib.
Qol.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Mançester Yunayted" və "İnter" klubları üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Meyson Qrinvud 76-cı dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar"a qələbə qazandırıb. Beləliklə, mankunyanlar turnirə qalibiyyətlə start veriblər.
Qeyd edək ki, "Çempionlar Kubokun"da ümumilikdə 13 komanda iştirak edir. Turnirdə İngiltərədən "Mançester Yunayted"lə yanaşı, "Arsenal" və "Tottenhem", İspaniyadan "Real" və "Atletiko", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Roma" və "Fiorentina", Almaniyadan "Bavariya", Portuqaliyadan "Benfika" və Meksikadan "Çivas" komandaları mübarizə aparır.