Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 08:44
Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub.
Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb.
Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.