Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər

Vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər

Tarix: 6 Fevral 2021 19:42

"Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkədə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur".

Bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib ki, bu vaksin kifayət qədər effektlidir: "Hər vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu".

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.


Etiketlər:  Vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ