Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisa plastik əməliyyatın qurbanı oldu – Burnu çürüyür - FOTO

Aktrisa plastik əməliyyatın qurbanı oldu – Burnu çürüyür - FOTO

Tarix: 6 Fevral 2021 20:18

Çinli aktrisa Gao Liu plastik əməliyyat qurbanı olub.

Milli.Az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi fotolarını sosial media hesabında paylaşaraq keçirdiyi rinoplastika əməliyyatının burnunda toxuma çürüməsinə səbəb olduğunu bildirib.

Qao Liu burnundakı çürümə səbəbindən əvvəl imzaladığı serial müqaviləsindən çəkilməli olduğu üçün təxminən 60 min dollar qazancı itirdiyini qeyd edib.

O, həmçinin, müqavilənin şərtlərinin pozulması səbəbindən 308 min dollar təzminat ödəyəcəyini də vurğulayıb.

Aktrisanın əməliyyat olunduğu xəstəxanaya cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Aktrisa plastik əməliyyatın qurbanı oldu Burnu çürüyür FOTO


RƏYLƏR