Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiyanın 7 növü: Pandemiya dövründə...

Depressiyanın 7 növü: Pandemiya dövründə...

Tarix: 7 Fevral 2021 14:03

Pandemiya dövrünü nəzərə alaraq insanların uzun müddət evdə qalması depressiya hallarının artmasına səbəb olub.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, aparılan araşdırmalara görə depressiyanın 7 növü var.

1. Major depressiya

Bu depressiya növü həyatdan zövq ala bilməmək, yuxu-iştah problemləri, həyəcan, əsəbilik, yorğunluq, günahkarlıq, özünü dəyərsiz hiss etmə kimi hallarda baş qaldırır. Bu depressiayaya məruz qalan insanların həyatına işi, ailəsi və məktəb həyatı mənfi təsir göstərmiş olur. Bu tip depressiya müalicə olunmadığı zaman 6-13 ay müddətində davam edə bilir. Müalicə olunduqda orta hesabla 3 ay vaxt alır.

2. Xroniki depressiya

Bəzi insanlarda depresif hisslər ən azı 2 il davam edir. Bu xəstələrdə depressiya, ümidsizlik, özünə inamın azalması, yuxu-iştah dəyişikliyi və yorğunluq kimi simptomlar olur. Bu tip depressiyaya "distimi" də deyilir. Xroniki bir gedişat səbəbindən xəstələr ümumiyyətlə həkimə müraciət etmir. Distimiya xəstələri günün əksər hissəsində özlərini depressiyada hiss edirlər, cəmiyyətdən uzaq yaşayırlar. Bu cür xəstələr tez-tez müalicə almaqdansa, alkoqol və narkotik asılılığın müalicəsini axtarmağa meyllidirlər. Xronik depresif xəstəlikdən əziyyət çəkən xəstələrin dərman və psixoterapiyadan faydalandıqlarını bildirən çoxsaylı elmi araşdırmalar var.

3. Bipolyar pozğunluqda depressiya

Daha əvvəl "manik depresif pozğunluq" olaraq bilinən bipolar pozulduqda görülən bir depressiya növüdür. Bipolar pozulduğu zaman xəstənin əhval ruhiyyəsi tez-tez dəyişir. Antidepresant dərmanlar müalicə müddətində xəstənin vəziyyətini daha da ağırlaşdıracağı üçün istifadə edilmir.

4. Mövsümi depressiya

Bəzi insanlar fəsil dəyişkənliyi zamanı depressiyada olurlar. Mövsümi depressiya ən çox payız və qışda baş verir, yaz fəslində xəstə özünə gəlməyə başlayır. Mövsümi depressiyada depressiya və həyatdan zövq ala bilməmək ön plandadır. Xəstələr normadan artıq yatmağa meyllidirlər. Bu zamanı karbohidrat istehlakını artırlar. Bu isə artıq çəkiyə səbəb olur. Müalicəsi antidepresanlar, psixoterapiya və işıq terapiyası ilə aparılır.

5. Hamiləliklə əlaqəli depressiya

Hamiləlik və ya doğuşdan sonrakı dövrdə baş verir. Hər 20 hamilədən birində hamiləliklə əlaqəli depressiya müşahidə olunur. Dərmanların əks təsirinin ana südündən körpəyə keçməsi səbəbilə hamiləliklə əlaqəli depressiyanın müalicəsi dərmanla risklidir. Bu səbəbdən, hamiləliklə əlaqəli depressiya zamanı profilaktik müalicə metodları tətbiq olunur.

6. Psixotik depressiya

Xəyal və halüsinasiya kimi psixotik simptomların göründüyü depressiyadır. Xəyallar, sosial normalarla uyğun olmayan və reallıqla uyğun olmayan yalan inanclardır. Məsələn, insan başında çip olduğuna inana bilər və ya ölkənin gizli lideri kimi özünü hiss edə bilər. Psikotik simptomların olması xəstəliyin müalicəsinin çətin olacağını göstərir.

7. Mensturasiya depressiyası

Tibbi adı "premenstrüel disforik xəstəlik" dir. Ümumiyyətlə menstruasiya başlamazdan 1 həftə əvvəl başlayır və aybaşının başlaması ilə şiddətində azalır. Bu diaqnoz qoyulmuş qadınlarda əsəb, dözümsüzlük, depressiya, ümidsizlik, narahatlıq və gərginlik kimi simptomlara əlavə olaraq maraq və istək çatışmazlığı, diqqət, yuxu və iştah problemləri, zəiflik, döşlərdə həssaslıq-şişlik, əzələ və oynaq ağrısı kimi əlamətlər də müşahidə olunur. Hər 5 qadından 4-də menstruasiya dövründə hormonal dəyişikliklər səbəbi ilə bu simptomlar görülür. Ancaq 20 qadından yalnız birinə menstrüel disforik xəstəlik diaqnozu qoyulur.


Etiketlər:  Depressiyanın növü Pandemiya dövründə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ