Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 12:24
ABŞ-ın nüvə arsenalında ciddi çatışmazlıq var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın quru qoşunları qərargahının keçmiş rəis müavini general Cek Kin deyib.
"Biz nüvə arsenalımızı modernləşdirməli və rəqiblərimizə stimul verməməliyik, onlar arsenalımızdakı zəifliklərdən istifadə edə bilərlər", - o qeyd edib.
Generalın sözlərinə görə, Vaşinqton bu tipli silahların modernləşdirilməsində Moskvadan geri qalır, baxmayaraq ki, iki ölkənin arsenallarının həcmi SNV-3 müqaviləsinə əsasən üst-üstə düşür:
"Rusiya nüvə silahının yaxşılaşdırılması ilə bağlı onillik proqramı başa çatdırır, ABŞ isə o baxımdan bərbad vəziyyətdədir".