Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Başqalarının pulu ilə yardım edib "qəhrəman" oldular" - Röya - VIDEO

Tarix: 9 Fevral 2021 19:10

"Hamının yığdığı, bir şeyi var. Sonuncu dəfə qazancım martda oldu. Pandemiyaya görə xəstəxanalara ödəniş etdim. Elə şeylərdən qaçıram. Ortada özünü göstərib, 3 pomdior, 1 xiyarla qapı gəzib oldular qəhrəman. Onu da öz pulları ilə yox, başqalarının pulu ilə edirdilər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib. Müğənni xeyriyyə işləri ilə məşğul olan tanınmışlardan danışıb. O bildirib ki, bu cür işlərə qoşulmağa imkanı olmayıb:

"Nə qədər varımdır, o çərçivədə yaşayıram. Mənim də yaxşı dostlarım var, deyərdim 50 min ayır. Gedib 20 minini cibimə qoyardım, 30 minə də pomidor-xiyar alıb qapı-qapı gəzərdim. Martdan sonra işləməmişəm. Çox böyük ailəm var. Çox istəyərdim imkanım olsun, orduya kömək edim. Durum kimdənsə borc alım orduya kömək edim? Bu, Allaha xoş getməzdi. Həm də dövlətim güclüdür və hər şey etdi. Durum ağlayım? Hamı işləmir. Biz də nəyimiz var idi xərclədik".

Milli.Az


Etiketlər:  Başqalarının pulu ilə yardım edib qəhrəman oldular Röya VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ