Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 18:30
"Tottenhem"in futbolçusu Harri Keyn üçün İngiltərə kubokunun 1/8 finalında "Everton"la matç (4:5) əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, sözügedən görüşdə bir dəfə fərqlənən ingilis hücumçu London təmsilçisində vurduğu qolların sayını 209-a yüksəldib. Bununla da o, Bobbi Smiti (208) qol geridə qoyaraq klub tarixinin ən yaxşı 2-ci bombardiri olub. 27 yaşlı futbolçu bu qədər qolu 318 qarşılaşmada vurub.
Qeyd edək ki, "Tottenhem" tarixinin ən yaxşı bombardiri 266 qolla Cimmi Qrivsdir.