Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı (FOTO)

Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı (FOTO)

Tarix: 22 Iyul 2019 13:06

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının əsas prospektlərinin birində qəza baş verib.

Trendin məlumatına görə, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Chevrolet" və "Mercedes" avtomobilləri arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə səbəbindən qeyd olunan yolda tıxac var.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ziya Bünyadov prospektində qəza Yolda tıxac yarandı FOTO


RƏYLƏR