Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaker Florida su şəbəkələrinə sızdı, insanları zəhərləməyə çalışdı

Xaker Florida su şəbəkələrinə sızdı, insanları zəhərləməyə çalışdı

Tarix: 11 Fevral 2021 22:56

Keçən cümə günü ABŞ-ın Florida ştatında  film kimi bir hadisə yaşanıb. Naməlum şəxs Florida şəhərinin Oldsmar bölgəsindəki su infrastrukturuna müdaxilə edərək edərək şəhər suyundakı sodyum hidroksid tərkibini artırmağa çalışıb. O, suyun tərkibindəki natrium hidroksid tərkibini 100 dəfə artıraraq insanları zəhərləməyə cəhd edib.

Milli.Az techland.az-a istinadən bildirir ki, minlərlə insanın həyatını təhlükə altına alan xakerlər polis tərəfindən araşdırılır, lakin bu günə qədər kim olduğu, niyə belə etdiyi və bunu xaricdən və ya ABŞ-dan etməsi hələ açıqlanmayıb.  

Normalda natrium hidroksid şəhər suyunda həmişə mövcuddur, lakin həddindən artıq dozada son dərəcə ölümcül ola biləcək bu kimyəvi maddə yalnız müəyyən miqdarda suya əlavə olunur. Sözügedən xaker kompüterlərlə su şəbəkələrinə qoşulmaqla bu səviyyəni demək olar ki, 100 dəfə artırıb.

Milli.Az


Etiketlər:  Xaker Florida su şəbəkələrinə sızdı insanları zəhərləməyə çalışdı


RƏYLƏR