Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:48
"Telegram" şirkəti mesencerdə səhv tapan hindistanlı Dxirac Mişranı mükafatlandırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə analitik olan Mişraya şirkət tərəfindən 3.6 min dollar məbləğində ödəniş olunub.
Mükafatlandırılan mütəxəssis aşkar etdiyi səhvlərin istifadəçilərin şəxsi məlumatlarının gizliliyi ilə bağlı olduğunu bildirib. O, bu barədə mesencerin təhlükəsizlik məsələləri ilə məşğul olan proqramçı heyətinə mesaj göndərib və səhvlər "Telegram"ın yeni versiyasında aradan qaldırılıb.