Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş prokurorun müavini Qarabağ qazisinin cəzasının yüngülləşdirilməsi üçün apelyasiya protesti verdi

Baş prokurorun müavini Qarabağ qazisinin cəzasının yüngülləşdirilməsi üçün apelyasiya protesti verdi

Tarix: 13 Fevral 2021 14:30

Bakı. Samir Əli - Trend:

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Vətən Müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin məhkəmə iclas zalında həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdır.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, müəyyən edilmişdir ki, Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilmişdir.

Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilmişdir.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


Etiketlər:  Baş prokurorun müavini Qarabağ qazisinin cəzasının yüngülləşdirilməsi üçün apelyasiya protesti verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ