Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mağazanın tavanını söküb 13 min oğurladı

Mağazanın tavanını söküb 13 min oğurladı

Tarix: 13 Fevral 2021 18:30

İmişli rayonu ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Etiketlər:  Mağazanın tavanını söküb oğurladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ