Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verdi

Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verdi

Tarix: 14 Fevral 2021 15:09

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinətindən Sonxeber.net-ə verilən məlumata görə, məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.


Etiketlər:  Əli Əsədov Türkiyənin vitse prezidenti Fuat Oktaya başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ