Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvatemalada Fueqo vulkanı püskürməyə başlayıb

Qvatemalada Fueqo vulkanı püskürməyə başlayıb

Tarix: 15 Fevral 2021 03:21

Bakı. Trend:

Qvatemalanın xilasetmə xidmətləri respublikanın paytaxtı Qvatemala şəhərindən 50 km məsafədə yerləşən Fueqo vulkanının püskürməsinin başlandığını elan edib.

Trend TASS-a istinadən xəbər verir ki, lava axınlarının 1,5 km uzunluğa çatdığı, vulkanın üzərində 5 km məsafəyə yayılan sütunun göründüyü qeyd edilir. Vətəndaşların təxliyyəsi barədə hələ məlumat verilməyib.

Fueqo vulkanının son böyük püskürməsi 3 iyun 2018-ci il tarixində baş verib və 200-dən çox insanın ölümü ilə nəticələnib.


Etiketlər:  Qvatemalada Fueqo vulkanı püskürməyə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ