Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 09:40
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin əməkdaşları Rusiyada qadağan olunmuş "Katiba Tövhid vəl-Cihad" terror təşkilatının maliyyələşdirilməsinə dair cinayət işi çərçivəsində Rusiya vətəndaşı və qonşu ölkələrdən birinin vətəndaşını həbs edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin Novosibirsk vilayəti üzrə İdarəsindən bildirilib.
"Rusiya FTX-nin Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin Novosibirsk və Tomskda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Katiba Tövhid vəl-Cihad" beynəlxalq terror təşkilatının regionlararası şəbəkə üzvlərinin terror fəaliyyətlərinin maliyyələşdirilməsinə dair qanunsuz fəaliyyətlərinin qarşısını alıb", - məlumatda belə deyilir.