Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 10:08
İtaliya A seriyasında XXII tur 5 oyunla davam edib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, paytaxt klublarından "Roma" ev, "Latsio" isə səfər sınağına çıxıb.
Birincilər günün ilk matçında "Udineze"ni məğlub edərək, dünən uduzan "Yuventus"u turnir cədvəlində qabaqlayıb.
"Latsio" isə Milanda "İnter"in qonağı olub. "Milan"ın məğlubiyyətindən sonra liderliyə yüksəlmək şansı yaxalayan "neradzurra" bunu əldən verməyib. Romelu Lukaku iki qol və bir məhsuldar ötürmə ilə komandasına qələbə qazandırmaqla yanaşı, zirvəyə də yüksəldib. Qollarının sayını 16-ya çatdıran belçikalı forvard bombardirlər yarışında da lider Kriştianu Ronaldonu yaxalayıb.
"Atalanta" isə "Kalyari" səfərindən son dəqiqə qolu sayəsində qalibiyyətlə dönüb.
Turun son oyunu (23:45. "Verona" - "Parma") fevralın 15-də keçiriləcək.
İtaliya. A seriyası
XXII tur
14 yanvar
"Roma" - "Udineze" - 3:0
Veretut, 5, 25, Pedro, 90+3
"Kalyari" - "Atalanta" - 0:1
Muriel, 90
"Sampdoriya" - "Fiorentina" - 2:1
Keyta, 31, Kvalyarella, 71 - Vlahoviç 37
"Krotone" - "Sassuolo" - 1:2
Ounas, 26 - Berardi, 14, Kaputo, 49 (pen.)
"İnter" - "Latsio" - 3:1
Lukaku, 22, 45, Martines, 64 - Eskalante, 61