Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 11:12
Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım baş verib.
Sonxeber.net fed.az-a istinadən bildirir ki, bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir. Bahalaşan malların siyahısına "Azersun" şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).
"Azərsun", "Avrora" və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).
Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).
"Avrora" şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).
Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%)
Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).
Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. "Natura" və "Vita1000" markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (bahalaşma 8%).
Hətta "Coca-Cola" içkisinin qiymətində də artım baş verib. Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi. Beləliklə, 2 litrlik "Coca-Cola"nın qiyməti 1,4 manatdan 1,5 manata yüksəlib (bahalaşma 7%).