Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 14:42
SOCAR Abşeron Qazma Şirkəti"ində (AQŞ) kütləvi ixtisarlar başlayıb. Mənimlə bərabər 300-dən çox işçini işdən azad ediblər. Dəfələrlə deyilib ki, pandemiya dövründə işçilər işdən çıxarılmasın, amma nəzərə almırlar. İxtisarlar hələ də davam edir.
Sonxeber.net bildirir ki, bu iddia ilə qafqazinfo-ya şirkətdə anbardar köməkçisi kimi çalışdığını deyən Vüqar Hüseynov müraciət edib. O, özü ilə yanaşı bir çox işçilərin çətin vəziyyətdə qaldığını deyir:
"İdarədə ümumilikdə 1200-ə yaxın işçi çalışırdı. 4-5 gün olar ki, təxminən 25 faizi işdən çıxarılıb. Bizə deyiblər ki, 3 ayın maaşını əvvəlcədən ödəyəcəklər. İşdən çıxarılma səbəbimizi demirlər. Ancaq onu deyirlər ki, işçilərin sayı azaldılır. Rəhbərliyə də müraciət edirik, müraciətimizə baxan yoxdur."
Problemlə bağlı SOCAR AQŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya bildiriblər ki, şirkətdə kütləvi ixtisarlardan söhbət getmir:
"SOCAR AQŞ xidmət təşkilatıdır. İşçilər işə layihə əsasında götürülür. Yəni SOCAR-ın müəyyənləşdirdiyi iş planı əsasında işçi qüvvəsi cəlb edilir və müqavilə bağlanır. Layihə tamamlandıqdan sonra isə müqaviləyə xitam verilir. Şirkətdə heç bir kütləvi ixtisardan söhbət getmir".