Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 14:58
Bakı. Trend:
Səhiyyə Nazirliyi həkimlərin işə qəbulunu elan edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Ağentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:
- həkim-terapevt
- təcili yardım üzrə həkim
- həkim-anestezioloq-reanimatoloq
- həkim-travmatoloq-ortoped
- həkim-ümumi cərrah
Tələb olunan sənədlər:
Ərizə
Şəxsiyyət vəsiqəsi
Təhsil haqqında diplom
İnternatura vəsiqəsi
Sertifikasiya şəhadətnaməsi
Əmək kitabçası
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42