Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zieş ''Çelsi''dən gedir

Zieş ''Çelsi''dən gedir

Tarix: 15 Fevral 2021 21:40

"Çelsi"nin futbolçusu Hakim Zieş komandadan ayrılmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tomas Tuhel 27 yaşlı yarımmüdafiəçini ehtiyyat oyunçu kimi görür. Buna görə də Zieş yayda klubunu dəyişməyə qərar verib. Onunla "Yuventus" və "Milan" yaxından maraqlanır.

Qeyd edək ki, ötən ilin fevralında "Ayaks"dan 44 milyon avroya "Çelsi"yə keçən mərakeşli futbolçu bu mövsüm 19 matça çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Zieş Çelsidən gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ