Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - FOTO

Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - FOTO

Tarix: 16 Fevral 2021 23:48

Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

APA xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər bildirib.

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.

Milli.Az


Etiketlər:  Qusarda avtoqəza 850 abonenti qazsız qoyub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ