Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faktiki hava şəraiti açıqlanıb - Bu ərazilərə qar yağıb

Faktiki hava şəraiti açıqlanıb - Bu ərazilərə qar yağıb

Tarix: 17 Fevral 2021 11:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində olan faktiki hava şəraitini açıqlayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, fevralın 17-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1mm, Bakı, Binə, Sumqayıtda 1mm-dək olub.

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.


Etiketlər:  Faktiki hava şəraiti açıqlanıb ərazilərə yağıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ