Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 23:56
Yeni "Apple" smartfonu daim qoşulu vəziyyətdə olan ekrana malik olacaq. Bu barədə "EverythingApplePro" təxəllüslü blogerin "YouTube" kanalında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bloger Maks Veynbaxın məlumatına görə, "iPhone 13" seriyalı qurğular həmişə aktiv qalan ekranlarla buraxılacaq. Müəllif izah edib ki, smartfon displeyində daim saat və akkumulyatorun enerji qalığını göstərən indikator göstəriləcək. Bu, istifadəçilərə ekranı aktivləşdirmədən və smartfonu blokdan çıxarmadan dəqiq saatı öyrənməyə imkan verəcək.
Həmçinin bildirilir ki, payıza planlaşdırılan "Apple" smartfonlarına arxa fon bulanıqlığı effektinə malik təkmilləşdirilmiş portret şəklində videoçəkiliş funksiyası əlavə ediləcək. Bundan başqa, qurğulara Ay, ulduz və digər kosmik obyektlərin yüksəkkeyfiyyətli şəkillərini çəkməyə imkan verən yeni rejim quraşdırılacaq.
Məlumata görə, "iPhone 13" seriyalı bütün smartfonlar daha güclü maqnitlərlə təchiz ediləcək. Blogerlərin sözlərinə görə, bu, "MagSafe" enerji standartının səhvsiz işləməsi üçün lazımdır. Bundan əlavə, yeni maqnitlər sayəsində "MagSafe" aksesuarları, məsələn, çexollar smartfonlara daha sıx yapışacaq.
Sorğu məlumatlarının göstərilməsi üçün daim qoşulu ekran funksiyası əksər "Android" smartfonlarında mövcuddur. Məsələn, oxşar funksiyaya (Always-On Display) "Samsung" smartfonları malikdir. 2019-cu ildə daim aktiv ekran funksiyası "Apple Watch 5" saatlarına quraşdırılıb.