Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BTC ilə neft nəqli azalıb

BTC ilə neft nəqli azalıb

Tarix: 19 Fevral 2021 13:36

2021-ci ilin yanvarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 2,51 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 6 faiz azdır.

Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 79,4 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, yanvar ayında magistral neft kəmərləri ilə 3,16 milyon ton neft nəql edilib.

Ötən ay Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 276 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 27,7 faiz azdır.


Etiketlər:  ilə neft nəqli azalıb


RƏYLƏR