Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 17:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Həmin vəzifəyə Vətən müharibəsin iştirakçısı Babayev Ayxan Cavanşir oğlu təyin edilib. Çavuş Ayxan Babayev "N" saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Vətən müharibəsi iştirakçısı Rüstəmov Fərman Mərfət oğlu isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi təyin olunub. Baş leytenant Fərman Rüstəmov N" saylı hərbi hissənin tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.