Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 19:10
"Rusiya Prezidenti Vladimir Putin general rütbəsinə layiqdir, ancaq hazırda bu onun üçün prioritet təşkil etmir".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ümumi götürsək, Putin dəfələrlə bu rütbəyə layiq olub, ancaq bu hazırda onun üçün əsas məsələ deyil. Bilirsiniz ki, o, prezident kimi fəaliyyət göstərir, işləri çoxdur", - deyə Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin hazırda polkovnik rütbəsindədir.