Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 08:48
Əl, qol, bilək, diz, topuq və digər oynaqlarda problem yarananda bu reseptdən istifadə etmək olar.
0,5 kq mum soyuducuya qoyularaq dondurulur, həvəngdəstədə əzilərək toz halına salınır, qazana tökülərək əridilir, tam əriyib qurtarandan sonra ocaq söndürülür, toz formada 100 qram propolis əlavə edilərək qarışdırılır, mum yavaş-yavaş bərkiyib əvvəlki formasını alır. Dizdə problem olduqda təxminən 100 qram götürülərək qaynatmadan yavaş-yavaş əridilir, sonra kağız üzərinə yayılaraq parafin kimi oynağa yapışdırılır, üzəri pambıq parça ilə bağlanır, mum bərkidicə dəridən qopur. Müalicənin daha da səmərəli olması üçün mumu oynaq üstünə qoyan kimi təxminən 10-15 sm məsafədə yanan adi otaq lampasının altında saxlamaq lazımdır. Onda mum yavaş-yavaş bərkiyir və daha yaxşı təsir edir.
Prosedur 15-20 gün ərzində gündə 1 dəfə aparılır.
Üzündə civzə, qırış, sızanaq və aknelər olduqda da bu prosedurdan istifadə edə bilərlər.