Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın futbolçularının Avropa Liqasındakı mövqeyi bəlli oldu

“Qarabağ”ın futbolçularının Avropa Liqasındakı mövqeyi bəlli oldu

Tarix: 20 Fevral 2021 09:00

Avropa Liqasının 1/16 final mərhələsindən sonra futbolçuların reytinqi açıqlanıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, mübarizəni qrup mərhələsində başa vuran "Qarabağ"ın oyunçuları da sıralamada yer alıb.

Təmsilçimizin ən yaxşı futbolçusu Şahruddin Məhəmmədliyevdir. 516 xala malik qolkiper Avropa Liqasında 567-cidir.

433 xala malik Abdullah Zubir 633-cü sırada qərarlaşıb. Ondan 4 xal geri qalan Xayme Romero bir addım gerisindədir.

Ən yaxşı yerli oyunçu olan Şahruddindən başqa yalnız İsmayıl İbrahimli "1000-lik"də yer alıb. O, 158 xalla 923-cüdür. Azərbaycan futbolçuları arasında 3-cü olan Maksim Medvedev 1083-cü sırada qərarlaşıb - 55 xal.

Qeyd edək ki, siyahının lideri Bruno Fernandesdir. "Mançester Yunayted"in üzvü 9657 xala malikdir.


Etiketlər:  Qarabağın futbolçularının Avropa Liqasındakı mövqeyi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ