Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis Estoniya parlamentinə təşəkkür məktubu göndərdi

Milli Məclis Estoniya parlamentinə təşəkkür məktubu göndərdi

Tarix: 20 Fevral 2021 11:36

Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterə və qrupun üzvlərinə təşəkkür məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, məktubda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya Parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı yüksək qiymətləndirilib, Azərbaycan xalqının kədərini bölüşən bu dəstəyə görə dostluq qrupu adından minnətdarlıq bildirilib.

Qeyd edilib ki, Azərbaycan Estoniya ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Məktubda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və parlament diplomatiyasının xalqlarımızın rifahının daha da yüksəlməsinə və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Estoniya parlamentinin Azərbaycanla əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlığa qarşı cinayəti qınanılıb, bu kütləvi qətli törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb. 


Etiketlər:  Milli Məclis Estoniya parlamentinə təşəkkür məktubu göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ