Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 10:12
RSFSR-in Əməkdar artisti Yekaterina Qradova 74 yaşında dünyasını dəyişib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Mironova İnstaqram hesabında məlumat verib.
"Anam bu gün qəflətən həyatdan getdi... Ürəyim parçalanır", - o yazıb.
"Moskovski Komsomolets" nəşri Y. Qradovanın ailəsinə yaxın mənbəyə istinadən onun insultdan vəfat etdiyini bildirib.
Qeyd edək ki, Y. Qradova 1946-cı ildə Moskvada anadan olub. "Baharın on yeddi anı" telefilmində yaratdığı radist Ket rolu ona dünya şöhrəti qazandırıb. Aktrisa, həmçinin "Böyük bir evin kiçik komediyaları", "Uzuncorab Peppi", "Görüş yerini dəyişmək olmaz" və s. filmlərdə çəkilib. 1971-1976-cı illərdə aktyor Andrey Mironovla nikahda olub.
Yekaterina Qradova və Mariya Mironova