Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:04
Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 325,402 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin dekabr ayı ilə müqayisədə 36% artıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 2020-ci ilin yanvar ayı ilə müqayisədə dollar alışı 47,8% artıb.
Bundan başqa, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 67,729 mln. dollar təşkil edib ki, bu da aylıq 30,6%, illik müqayisədə isə 47,6% azalıb.
Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb.